Türkiyədə ordu parçalanır - Ərdoğanın yeni planı


17:10     27 İyul 2016 ordu6.jpg

Türkiyə Silahlı Qüvvələrinin (TSQ) yenidən qurulmasına hazırlaşan AKP iqtidarı konstitusiyaya təyişikliklərlə yanaşı digər mühüm addımlar da atacaq.


Ötən gün müxalif partiyaların liderləri ilə görüşən prezident R.T. Ərdoğan yeni bir çevrilişə cəhd olayı ilə qarşılaşmamaq üçün Türkiyə Silahlı Qüvvələrində bəzi dəyişikliklərin edilməsinin zəruriliyini qeyd edib. Müzakirələr zamanı TSQ-da gücün bölüşdürülməsi gündəmə gəlib. Məlumata görə, Jandarma Qüvvələrinin Daxili İşlər Nazirliyinə, Hava, Quru və Dəniz Qoşunlarının isə Müdafiə Nazirliyinə birləşdirilməsi planlaşdırılır.

AKP-nin həyata keçirmək istədiyi digər plan isə hərbi məhkəmələrin ləğvi ilə bağlıdır. Dolaşan məlumatlara görə, İntizam xarakterli məhkəmələr istisna olmaqla qalan digər hərbi məhkəmələr ləğv olunacaq.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 7621