Prezidentlər razılaşdı - SON DƏQİQƏ


17:20     27 İyul 2016 gorusprezidentler.jpg

Azərbaycan və Ermənistan prezidentləri təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində monitorinq qrupunun genişləndirilməsi ilə bağlı razılığa gəliblər.


Femida.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik bildirib

“Minsk qrupunun həmsədrləri prezidentlərin Vyana və Peterburqda gərginliyin azaldılması və münaqişənin sülh yolu ilə həlli üçün danışıqlar prosesinin sonrakı inkişafa dair götürdükləri öhdəliklərin reallaşdırılması istiqamətində aktiv iş görür. Prezidentlər Qarabağda təmas xətti və Azərbaycan-Ermənistan sərhədində ATƏT-in monitorinq qrupunun genişləndirilməsi məsələsində razılığa gəlib. Hər iki tərəfdən yüksək səviyyəli rəsmi şəxslərin cəlb olunması ilə münaqişənin nizamlanması üzrə danışıqların davam etdirilməsi planlaşdırılır. Diplomatik istiqamətdə proses tərəflər arasında gərginliyin azaldılması üçün vacibdir”-deyə Uorlik açıqlamasında qeyd edib.

Femida.az

Açar sözlər:

Oxunub: 37564