`Kanaldan su içirik` - Ağsudan videoreportaj


17:12     23 Avqust 2016 agsu%201.jpg

Ağsu rayonunun Gəgəli kəndi Ləngəbiz silsiləsinin ətəyində yerləşir. Yerli əhali arasında “Gəyəli” kimi tələffüz olunan kənd keçmişdə yayı Dağlıq Şirvanda, qışı isə kəndin ərazisində keçirmiş gəgəli tayfasına mənsub ailələrin XIX əsrdə burada məskunlaşması nəticəsində yaranıb. Əhalinin əsli Göylər kəndindəndir.


Bu kənd qədim tarixi abidələrə malik olsa da bu gün sakinləri problemlərdən şikayətlənir. Femida.az-a danışan kənd sakinləri içməyə su tapmadıqlarından şikayətləniblər. Onların sözlərinə görə təxminən, 5000-ə yaxın əhalisi olan bu kənddə nə içməyə, nə də suvarmağa su tapılmır. Bu səbəbdən də kənd sakinləri təsərrüfatla, heyvandarlıqla məşğul ola bilmədiklərini deyirlər. Dəfələrlə aidiyyatı qurumlara müraciət etsələr də, müsbət cavab ala bilməyiblər. Buna görə də, onlar mətbuat vasitəsi ilə aidiyyatı qurumlara bir daha müraciət edib, problemlərinin həlli üçün kömək istəyirlər.

Femida.az Gəgəli kəndindən olan reportajı təqdim edir:



Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 6456


Oxşar xəbərlər