Qətər Azərbaycana yeni səfir təyin etdi


14:40     24 Avqust 2016 qeter.jpg

Qətər Əmirliyi Azərbaycana yeni səfir təyin edib.


Femida.az-ın Qətər Xarici İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, əmir Təmim bin Hamad əl-Tani dünən bununla bağlı qərar qəbul edib. Azərbaycandakı yeni fövqəladə və səlahiyyətli səfir Yusef Hasan Yusef Əl Sai olacaq.

Xatırladaq ki, hazırda bu vəzifəni səfir Səyyar bin Əbdürrəhman Cəsim əl-Muavidə icra edir.

Femida.az

Açar sözlər:

Oxunub: 928