Keçmiş `zek` narkoman qızını öldürdü - YENİLƏNİB


16:24     24 Avqust 2016 qetl93.jpg

Salyan şəhərində bir neçə gün əvvəl meyiti tapılan Gülnar Qurbanovanın qətlə yetirildiyi məlum olub.


Rayon Prokurorluğundan verilən məlumata görə, onu atası, 1954-ci il təvəllüdlü Eldar Əliheydər oğlu Qurbanovun öldürdüyü müəyyənləşib. Qadının meyiti məsciddə yuyularkən boynunda aşkarlanan ip izindən öldürüldüyü üzə çıxıb.

Araşdırmalar davam etdirilir.

****

Avqustun 21-də Salyan şəhərində mənzildə meyiti tapılan 33 yaşlı Gülnar Qurbanova və atası əvvəllər məhkumluq həyatı yaşayıblar. E. Qurbanov 17 il həbsxanada olub. Qadının isə narkotik asılılığı olduğu bildirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 5069