Azərbaycanlı rəis sanatoriyada öldü - Ukraynada


15:35     24 Avqust 2016 1452962103_1.jpg

"Azəravtoyol" ASC-nin 17 saylı Göyçay Yol İstismar İdarəsinin rəisi Maarif Ağayev dünyasını dəyişib.


Femida.az "Report"a istinadən xəbər verir ki, Göyçay şəhəri, Hüseynbala Əliyev küçəsində yaşayan M.Ağayevin vəziyyəti qəflətən pisləşib və vəfat edib.
Hadisə Ukraynadakı sanatoriyalardan birində baş verib.

Qeyd edək ki, mərhum M.Ağayev keçmiş icra başçısı Mübariz Ağayevin qardaşıdır. O, 1999-cu ildən Yol İstismar İdarəsinə rəhbərlik edirdi.

Açar sözlər:

Oxunub: 45978