Türkiyə 5 şəhid verdi


18:28     24 Avqust 2016 hid1.jpg

Türkiyənin Diyarbakır və Bingöl əyatlərində terrorçu PKK silahlıları ilə döyüşdə 5 hərbçi şəhid olub.


Femida.az "Haber7"yə istinadən xəbər verir ki, Diyarbakırın Lice rayonunda keçirilən antiteror əməliyyat zamanı terrorçular təhlükəsizlik qüvvələrinə raket və uzunçaplı silahlarla hücum ediblər.
Məlumata görə, hərbçilərələ terrorçular arasında gedən döyüş nəticəsində Lice rayonunda Türkiyə ordusunun 4 əsgəri şəhid olub.
Bingöl əyalətinin Karlıova rayonunun Cehennem meşəsində PKK silahlılarının zərərsizləşdirilməsi üçün keçirilən əməliyyat zamanı terrorçuların əldəqayırma qumbaranı partlatması nəticəsində bir çavuş şəhid olub.

Açar sözlər:

Oxunub: 3304