Türk ordusu bir kəndi azad etdi


19:04     24 Avqust 2016 turk%20ordu299.jpg

Türkiyə Silahlı Qüvvələri Suriyanın bir kəndini İŞİD-in işğalından azad edib.


Femida.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Suriya Azadlıq Ordusu və beynəlxalq koalisiya qüvvələrinin dəstəyilə Cerablus bölgəsində İŞİD-ə qarşı başladılan hərəkat nəticəsində Keklice kəndi ələ keçirilib. Bu kənd Türkiyə sərhədindən 3 kilometr cənubda yerləşir.

Məlumata görə, bu gün səhər saatlarında başlayan əməliyyat uğurla aparılır. Türkiyə Silahlı Qüvvələri Cerablus bölgəsində İŞİD-in mövqelərini döyüş təyyarələri və mərmi topları ilə atəş altında tutmağa davam edir.

Femida.az

Açar sözlər:

Oxunub: 8902