DİN zabitləri püşk ataraq seçdi
20:44 24 Avqust 2016
Avqustun 24-də Daxili İşlər Nazirliyində (DİN) ötən tədris ilində Polis Akademiyasının əyani şöbəsi məzunlarının Bakı Şəhər Baş Polis İdarəsinin orqan və hissələrində vakant olan zabit vəzifələrinə təyin olunmaları münasibətilə tədbir keçirilib.
DİN-dən Femida.az-a verilən məlumata görə, respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov tədbiri giriş sözü ilə açaraq təyinatın şəffaf şəkildə, aşkarlıq və ədalət prinsipləri əsasında gerçəkləşdiyini bildirib, bu üsulun son illər artıq ənənəyə çevrildiyini vurğulayıb.
O qeyd edib ki, Polis Akademiyasını bitirmiş məzunların, ali hüquq təhsili almış əməkdaşların orta rəis heyəti vəzifələrinə irəli çəkilməsi, onlara lazımi qayğının göstərilməsi daim diqqət mərkəzində saxlanılan məsələlərdəndir.
Baş Kadrlar İdarəsinin rəisi, polis general-mayoru Rafiq Abbasov Nazirliyə Bakı qeydiyyatında olan 53 məzunun dəvət edildiyini bildirib, vakant vəzifələrin və namizədlərin siyahısını elan edib.
Daha sonra püşkatma yolu ilə təyinat keçirilib. Polisin orta rəis heyəti vəzifələrinə iddiaçı olanlar həmin vəzifələrin qeyd edildiyi xüsusi zərfləri çəkib və ərazi polis orqanlarında vakant olan zabit vəzifələrinə təyinat alıblar.
Yeri gəlmişkən, Akademiyanı fərqlənmə diplomu və əla qiymətlərlə bitirmiş 8 məzundan 3-ü Nazirliyin Baş Təşkilati-İnspeksiya İdarəsinə, 1-i Baş Cinayət Axtarışı İdarəsinə, 1-i Polis Akademiyasına, 3 nəfər isə müstəntiq vəzifələrinə təyin ediliblər.
Oxunub: 828
Oxşar xəbərlər
- DİN-dən əməliyyat: 31 kq narkotik dövriyyədən çıxarıldı
- Din xadimləri bu qədər maaş alacaq - VİDEO
- DİN həbs olunan polkovniklə bağlı məlumat yaydı
- DİN tutulan şəxslərlə bağlı məlumat yaydı - Aralarında yeniyetmələr də var
- Dini icmaların sayı 800-ə yaxınlaşdı
- DİN-dən ƏMƏLİYYAT: Ağstafa sakini 9 kq narkotiklə tutuldu
- DİN tutulan şəxslərin FOTOLARINI YAYDI
- DİN məlumat yaydı
- DİN İlhamə Quliyevanın oğlu ilə bağlı məlumat yaydı
- Dini Komitə 12 yaşlı məktəblinin intiharını araşdırır