İki nəfər boğuldu, birinin meyiti tapılıb


21:14     24 Avqust 2016 big_1404314237_bogulma.jpg

Xəzər dənizinin Xaçmaz rayonu Müqtədir qəsəbəsi ərazisində iki nəfər dənizdə batıb.


Quba rayonu Digah kənd sakinləri, 1978-ci il təvəllüdlü Nəcəfov Roman Abdul oğlu və 1976-cı il təvəllüdlü Ömərov Elman Fərrux oğlu Nabran qəsəbəsi ərazisində (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 1500 metr aralıda, nəzarətsiz ərazidə) dənizdə boğulub.

Hər iki şəxsin axtarışlarına Fövqəladə Hallar Nazirliyinin Şimal Regional İdarəsinin dalğıc xilasetmə qrupu cəlb olunub. Aparılan axtarışlar nəticəsində R. Nəcəfovun meyiti batdığı yerdən 200 metr aralıda tapılaraq aidiyyəti üzrə təhvil verilib.

E. Ömərovun axtarışları davam etdirilir.

Açar sözlər:

Oxunub: 765