Bakıda iki avtomobil toqquşub


21:46     24 Avqust 2016 qeza_yeni.jpg

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.


Ziya Bünyadov prospektində, Çevik Polis Alayının keçmiş binasının qarsısındakı yol ötürücüsünün yanında “Toyota” markalı avtomobillə “Mercedes” toqquşub.

Yolda qısamüddətli sıxlıq yaranıb. Əraziyə cəlb olunan əlavə polis qüvvələrinin səyi nəticəsində sıxlıq aradan qaldırılıb. Yolda nəqliyyatın hərəkəti bərpa olunub.

Qəza nəticəsində ölən və xəsarət alan yoxdur.

Femida.az

Açar sözlər:

Oxunub: 735