73 nəfər öldü, 3 şəhər dağıldı - İtaliyada zəlzələ


23:16     24 Avqust 2016 1475112751.jpg

İtaliyanın mərkəzi regionunda baş verən güclü zəlzələ nəticəsində həlak olanların sayı 73 nəfərə çatıb, yüzlərlə insan itkin düşüb, yaralıların dəqiq sayı isə hələ ki, məlum deyil.



Femida.az xəbər verir ki, zəlzələ nəticəsində dağlıq ərazidə yerləşən şəhərlər, xüsusən Amatriçe, Peskara-del-Tronto, Akkumoli şəhərləri daha çox zərər görüb.

Hazırda təbii fəlakətdən sonra dağ rayonlarında sağ qalanların axtarışı davam edir.

Açar sözlər:

Oxunub: 900