Ramil Usubov iki rəisi işdən çıxardı


23:33     24 Avqust 2016 ramil%20usubov%20021271.jpg

Azərbaycanın daxili işlər orqanlarında yeni təyinatlar olub.



Femida.az "Report"-a istinadən xəbər verir ki, Nizami Rayon Polis İdarəsinin (RPİ) 25-ci Polis Bölməsinin rəisi polis polkovnik-leytenantı Rafael Albabayev vəzifəsindən azad edilərək 23-cü Polis Bölməsinə rəis təyin edilib.

Bundan başqa, Nizami RPİ-nin 23-cü Polis Bölməsinin rəisi polis polkovnik-leytenantı Nəsib Məmmədov Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinə rəis təyin edilib.

Açar sözlər:

Oxunub: 8438