“Toyota “Mercedes”lə toqquşdu


01:33     25 Avqust 2016 1418642872_qaynarimage1644272.jpg

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.



Femida.az xəbər verir ki, Nərimanov Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Ziya Bünyadov prospektində, Çevik Polis Alayının keçmiş binasının qarsısındakı yol ötürücüsünün yanında “Toyota” markalı avtomobillə “Mercedes” toqquşub.

Yolda qısamüddətli sıxlıq yaranıb. Əraziyə cəlb olunan əlavə polis qüvvələrinin səyi nəticəsində sıxlıq aradan qaldırılıb. Yolda nəqliyyatın hərəkəti bərpa olunub.

Qəza nəticəsində ölən və xəsarət alan yoxdur.

Açar sözlər:

Oxunub: 922