İsrailin ölkəmizdəki səfiri Şəkidə


02:23     25 Avqust 2016 147205132264557918_1000x669.jpg

Azərbaycan ilə İsrail arasında əlaqələr bütün sahələrdə uğurla davam etdirilir.



Femida.az xəbər verir ki, bu fikir İsrailin Azərbaycandakı səfiri Dan Stavın respublikamızın şimal-qərb bölgəsinə səfəri çərçivəsində avqustun 24-də Şəki Şəhər İcra Hakimiyyətində şəhər rəhbərliyi ilə keçirdiyi görüş zamanı səsləndirilib.

İcra hakimiyyətinin başçısı Elxan Usubov səfirə Şəkinin qədim tarixi, mədəniyyəti, iqtisadiyyatı, turizm potensialı və zəngin sənətkarlıq ənənələri barədə məlumat verib.

Görüş zamanı ölkələrimiz arasında əməkdaşlığın inkişafı istiqamətində görülən işlərdən söhbət açılıb, israilli iş adamlarının regiona cəlb olunması ilə bağlı fikir mübadiləsi aparılıb.

Səfirə Şəki ilə bağlı xatirə hədiyyələri təqdim edilib.

Sonra səfir Şəkinin görməli yerlərini gəzib, tarixi məkanlarına baş çəkib, “Şəki-İpək” ASC və “Şəki Aqro İndastris” MMC-də istehsal prosesi ilə tanış olub, meyvə bağının salındığı təsərrüfat sahəsinə baxıb.

Açar sözlər:

Oxunub: 1004