Universitetə hücum edən silahlılardan xəbər var


13:38     25 Avqust 2016 gettyimages-522408200.jpg

Əfqanıstanın paytaxtı Kabildə təhlükəsizlik qüvvələri terrorçuların hücum etdiyi Amerika universitetindən 20 tələbə xilas edilib.


Femida.az istinadən xəbər verir ki, xilas edilənlərin əksəriyyəti qadınlardır.

Xatırladaq ki, ötən gün axşam saatlarında Kabildə naməlum silahlılar Amerika universitetinə hücum edib.

Məlumata əsasən insident nəticəsində 1 nəfər ölüb, 14 nəfər yaralanıb. Onlardan 3-ün vəziyyəti ağır kimi qiymətləndirilir. Hücuma görə məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib.

Açar sözlər:

Oxunub: 1184