ANS bağlandı, `Sədərək` niyə yandı?


17:20     26 Sentyabr 2016 14483455_1436572266370142_24480217_n.jpg

Femida.az həftənin əsas hüquq-mühafizə və cinayət xəbərlərini oxucularına təqdim edir.


“Sədərək” ticarət mərkəzində dəhşətli yanğın

Yanğın hadisəsi səhər saatlarında 8-ci sırada qeydə alınıb.

***

Bir gündə 3 nəfəri `tok` vurub öldürdü

Azərbaycanda 3 nəfəri elektrik cərəyanı vuraraq öldürüb.

***

Lerikin PPX rəisi qəzaya düşdü - Video

Ötən gün axşam saatlarında Lənkəran-Lerik yolunun Qurunba kəndi ərazisində yol qəzası baş verib.

***

Ayrılığa dözə bilmədi, özünü güllələdi - Bərdədə intihar



Bərdə rayonunda baş vermiş intihar hadisəsinin təfərrüatları məlum olub.

***

Arvadının başını kəsdi - Tovuzda dəhşət (YENİLƏNİB)

Tovuzda qadını qətlə yetirən şəxs saxlanılıb.

***

Yol qəzalarında 35 uşaq ölüb - Azərbaycanda

2016-cı ilin 8 ayı ərzində respublikanın avtomobil yollarında Azərbaycanda 1331 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 490 nəfər həlak olub, 1409 nəfər isə yaralanıb.

***

ANS-in məhkəməsi baş tutdu - Kanal açılacaqmı?

Bu gün ANS Müstəqil Yayım və Media Şirkətinin lisenziyasının ləğvi barədə Bakı Apellyasiya Məhkəməsinin qərarından verdiyi kassasiya şikayəti üzrə proses davam etdirilib.

***

Bakıda dəhşət: 9-cu mərtəbədən yıxıldı

Bakıda qadın bədbəxt hadisə nəticəsiondə ölüb.

***

Sərxoş kişi pilləkəndən yıxılıb öldü

Sərxoş vəziyyətdə evinə getmək istəyən şəxs pilləkəndən yıxılaraq ölüb.

***

Evini fahişəxanaya çevirən qadın tutuldu - Şirvanda



Şirvan sakini Bahar Vəliyeva evini əxlaqsızlıq yuvası çevirdiyi üçün saxlanılıb.

***

Narkotik satan Mehribana 6 il 6 ay həbs

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Mehriban Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

***

Sayt redaktoru və hüquqşünas vətəndaşı soydu - 2250 manat

Vətəndaş müraciətində iddia edir ki, özünü hüquqşünas və jurnalist kimi təqdim edən, həmyerlisi Məmmədli Natiq Əbdüləli oğlu onun iş görmək adı ilə 2250 manat pulunu alıb.

***

25 yaşlı qız əməliyyatda öldü

Bakıda özəl xəstəxanada pasiyent cərrahiyyə əməliyyatı zamanı dünyasını dəyişib.

***

`Atletlər kəndi`ndə qəza törədənlərə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində 2015-ci ildə Bakıda keçirilən Avropa Oyunları zamanı yaradılan "Atletlər kəndi"ndə baş verən yol-nəqliyyat hadisəsində təqsirləndirilən şəxslərin cinayət işi məhkəmə prosesi başa çatıb.

***

Komada olan digər bacı da öldü



Sentyabrın 15-də Novxanı qəsəbəsində qəzaya düşən bacıların ikincisi Leyla Qəhrəmanlı da vəfat edib.

***

Bu otel əxlaqsızlıq yuvası imiş

Naftalanda "Ağ Bina" adlı oteldə əxlaqsızlıq yuvası aşkar olunub.

***

6 yaşlı məktəblini avtomobil vurdu - Ağdamda

Ağdamda avtomobil 6 yaşlı məktəblini vurub.

***

Quş vurmaq istədi, özünü yaraladı

Şəkidə tüfənglə quş ovlamaq istəyən 22 yaşlı gənc ehtiyatsızlıqdan özünə xəsarət yetirib.

***

Oğul atasını öldürdü - Astarada dəhşət

Astarada qətl hadisəsi baş verib.

***

Daha bir azərbaycanlı iş adamı oğurlandı - Ukraynada

Ukraynada daha bir azərbaycanlı biznesmen naməlum şəxslər tərəfindən oğurlanıb.

***

`JEK`in işçisini maşın vurdu

Zaqatalada avtomobillə vurulan mənzil kommunal təsərrüfatının işçi ağır xəsarət alıb.

***

Jurnalist azadlıqda

Jurnalist Azər İsrafilov həbsdən azad edilib.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 5088