Zərdabın ən yaşlı sakini səs verdi


17:50     26 Sentyabr 2016 secki%20sesverme%20mehkumlar.jpeg

Zərdab rayonunda yaşı 100-dən yuxarı olan 9 nəfər seçici qeydə alınıb.


92 saylı Zərdab-Ucar seçki dairəsinin dairə seçki komissiyasının sədri Mehdi İsmayılov APA-ya bildirib, bu gün keçirilən referendumla bağlı 48 məntəqə üzrə 41066 nəfər seçici qeydə alınıb. Onlardan da ilk dəfə səsvermə hüququ qazanan seçicilərin sayı 615 nəfər, 80-100 yaş arası olan seçicilərin sayı 1035 nəfər, yaşı 100-dən yuxarı olan seçicilərin sayı isə 9 nəfərdir.

Dairə üzrə səsverməni izləmək üçün 495 müşahidəçi qeydə alınıb. Səsvermənin şəffaf keçirilməsi məqsədi ilə 8 məntəqəyə vebkameralar quraşdırılıb Ən yaşlı seçici rayonun Qaravəlli kənd sakini 1905-ci il təvəllüdlü Gülüstan Abduləziz qızı Xəlilovadır.

Femida.az

Açar sözlər:

Oxunub: 861


Oxşar xəbərlər