`Referendum yaxşı təşkil olunub` - TÜRKPA müşahidəçiləri


18:11     26 Sentyabr 2016 turkpa4.jpg

Türkdilli Ölkələrin Parlamentlər Assambleyasının (TÜRKPA) müşahidə missiyasının rəhbəri, Qazaxıstan parlamentinin deputatı Nurlan Dulatbekov Azərbaycanda referendumla əlaqədar səsvermənin mütəşəkkil və sakit keçdiyini bildirib.


N.Dulatbekov TÜRKPA missiyasının artıq üç seçki məntəqəsində olduğunu, şəhər ətrafındakı digər məntəqələrdə də səsvermənin gedişini izləyəcəyini söyləyib.

TürkPA-nın baş katibi Jandos Asanov isə bildirib ki, Azərbaycanda keçirilən referendumda bağlı böyük seçici aktivliyi müşahidə olunur. O, Nizami rayonunda bir neçə seçki məntəqəsinə baş çəkdiklərini bildirib: "Bir neçə məntəqədə seçici aktivliyi 40-45 faizə çatıb. Referendum yaxşı təşkil olunub. Heç bir ciddi qayda pozuntusu qeydə alınmayıb".

Femida.az

Açar sözlər:

Oxunub: 1147