Litvadakı vətəndaşlarımız da səs verir


19:11     26 Sentyabr 2016 38a440c5125632e0082b492ea6cfe2a7.JPG

Konstitusiyaya dəyişikliklər və əlavələr edilməsi ilə əlaqədar ümumxalq səsverməsində (referendumda) Litvada daimi və ya müvəqqəti yaşayan həmvətənlərimizin iştirakının təmin edilməsi məqsədilə 16 saylı Yasamal ikinci seçki dairəsinin Azərbaycanın Litvadakı səfirliyində yaradılmış 38 saylı seçki məntəqəsində səsvermə keçirilir.


Səfirlikdən APA-ya verilən məlumata görə, seçici hüququna malik vətəndaşlar öz seçimlərini etmək üçün səhər saatlarından məntəqəyə gəlir və səsvermədə fəal iştirak edirlər. Referendumun gedişatı ilə bağlı Litvanın “alkas.lt” internet portalı tərəfindən çəkiliş aparılıb.

Referendumda səsvermə davam edir. Azərbaycanın Litvadakı səfirliyində yaradılmış seçki məntəqəsi yerli vaxtla saat 19:00-da bağlanacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 942


Oxşar xəbərlər