`Referendum Avropa standartlarına uyğun keçirilir` - Fransalı senator
19:29 26 Sentyabr 2016
Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycan Respublikasının Konstitusiyasına təklif olunan əlavə və dəyişikliklərlə bağlı sentyabrın 26-da keçirilən ümumxalq səsverməsini (referendum) müşahidə etmək üçün ölkəmizə gələn Fransa parlamentinin nümayəndə heyəti ilə görüşüb.
Oqtay Əsədov Fransa parlamenti nümayəndə heyətinin referendumla əlaqədar səsverməni izləməsinin əhəmiyyətini qeyd edib. O, Azərbaycan Respublikasının Konstitusiyasına təklif olunan əlavə və dəyişikliklərlə bağlı məlumat verib.
Səsvermənin beynəlxalq standartlara uyğun olaraq keçirilməsi üçün hər cür şəraitin yaradıldığını vurğulayan Milli Məclisin sədri deyib ki, min seçki məntəqəsində veb-kamera quraşdırılıb. Bu da hər bir şəxsə səsvermənin gedişini onlayn izləməyə imkanı verir.
Nümayəndə heyətinin rəhbəri, senator, Fransa-Qafqaz Dostluq Qrupunun sədri Andre Rişar Azərbaycanda keçirilən referendumu müşahidə etməkdən məmnunluğunu bildirib. O deyib ki, referendumu müşahidə etmək üçün Fransa parlamentinin nümayəndələrinin bir çoxundan müraciət daxil olub.
A.Rişar vurğulayıb ki, gördükləri və eşitdikləri Azərbaycanda səsvermənin Avropa standartlarına uyğun keçirildiyini deməyə əsas verir. O, ümumiyyətlə Azərbaycanda seçki prosesinin yaxşı təşkil olunduğunu qeyd edib. Fransalı senator nümayəndə heyətinin əsasən məcburi köçkünlərin məskunlaşdıqları bölgələrdə olduğunu və həmin insanların seçki prosesində iştirakını izlədiklərini diqqətə çatdırıb.
Femida.az
Oxunub: 1227
Oxşar xəbərlər
- `Referendum kürdlərə xeyir gətirməyəcək` - Binəli Yıldırım
- `Referendum şəffaf keçdi` - Fransa Senatının üzvü
- `Referendum uğurla başa çatdı` - Əli Əhmədov
- `Referendum yaxşı təşkil olunub` - TÜRKPA müşahidəçiləri
- `Referendumun təşkili beynəlxalq normalara uyğundur`
- `Referendumun nəticəsinə hörmətlə yanaşacağıq` - Vitse-prezident
- `Referenduma ciddi yanaşılmalıdır` - Məzahir Pənahov
- `Referenduma ehtiyac varsa, inkişaf var` - Ziyafət Əsgərov