Ordudan qaçan erməni tutuldu - Moskvada


19:48     26 Sentyabr 2016 hebs_036546.jpg

Yeddi il hərbi xidmətdən yayınan Ermənistan vətəndaşı Moskvada "Domodedovo" hava limanında tutulub.


Femida.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, 25 yaşlı gənc Domodedovo-Yemelyanov reysi ilə uçmaq istəyərkən saxlanılıb.
Ermənistan Daxili İşlər Nazirliyinin Taşir rayon polis bölməsi onun barəsində 2009-cu ildən axtarış elan edib.
Məlumata görə, onun ölkəsinə təhvil verilməsi məsələsinə baxılır.

Açar sözlər:

Oxunub: 1958