XİN rəhbəri suriyalı qaçqınlara baş çəkdi


22:53     26 Sentyabr 2016 suriyali%20xin.jpg

Böyük Britaniyanın xarici işlər naziri Boris Conson Türkiyəyə səfər edib.


Femida.az-ın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, Consonun Türkiyədə yaşayan suriyalı qaçqınların vəziyyəti ilə yaxından tanış olmaq üçün bu ölkəyə səfər etdiyi bildirilir.

Conson suriyalıların yaşadıqları çadır şəhərciyində araşdırmalar aparmaq üçün Qaziantepə gedib.

İstanbuldan xüsusi təyyarə ilə gedən Conson və onu müşayiət edən heyəti Qaziantep hava limanının səlahiyyətliləri qarşılayblar.

O, daha sonra Qaziantepin Nizip bölgəsində yaşayan suriyalılara baş çəkib. Conson buradakı səhiyyə mərkəzini gəzib, müalicə edilən xəstələrin vəziyyəti ilə maraqlanıb.

Səfər çərçivəsində britaniyalı nazirin suriyalı qaçqınların yaşadıqları bölgədəki uşaq bağçası, ibtidai məktəb və digər sosial müəssisələrdə araşdırmalar aparacağı gözlənilir.

Açar sözlər:

Oxunub: 1324