Ən aktiv və ən passiv seçki dairələri


20:01     26 Sentyabr 2016 referendumfoto%20(4)1.jpg

Ümumxalq səsverməsinin (referendumun) saat 15:00-a olan ən aktiv və ən passiv seçki dairələrinin adları açıqlanıb.


Femida.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzinin müdiri Fərid Orucov məlumat verib.

Ən aktiv seçki dairəsi 14 Saylı Xəzər Seçki Dairəsidir ki, burada 49374 seçicidən 33198-i artıq səs verib. Bu isə qeyd olunan dairədə 67.2 faiz seçici fəallığı deməkdir.

Ən passiv seçki dairəsi isə yenə 17 Saylı Yasamal Üçüncü Seçki Dairəsidir. Burada 42122 seçicidən yalnız 15181-i səs verib. Beləliklə bu dairədə 36.4 faiz seçici fəallığı qeydə alınıb.

Femida.az

Açar sözlər:

Oxunub: 2242