Mətbuat Şurasından referendum açıqlaması


20:31     26 Sentyabr 2016 metbuat-surasi-binasi0.jpg

Mətbuat Şurasının (MŞ) referendumla bağlı yaratdığı “qaynar xətt”ə saat 16.00-dək peşə vəzifəsini yerinə yetirən jurnalistlər tərəfindən hər hansı müraciət daxil olmayıb.


MŞ-dan Femida.az-a verilən məlumata görə, paytaxtda və bölgələrdəki dairə və məntəqə seçki komissiyalarında olan Şuranın İdarə Heyətinin üzvləri də medianın sərbəst şəkildə səsvermənin gedişini işıqlandırdığının şahidi olublar.

MŞ sədri, millət vəkili Əflatun Amaşov Nəsimi və Nərimanov, MŞ sədrinin müavini Umud Rəhimoğlu Binəqədi, MŞ sədrinin müavini Müşfiq Ələsgərli Suraxanı, MŞ İdarə Heyətinin üzvləri – millət vəkili Aqil Abbas Səbail, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Xətai, “APA Holdinq”in rəhbəri Vüsalə Mahirqızı Sabunçu, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli Səbail, Orta Asiya və Cənubi Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Azər Həsrət Xətai, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı Yasamal, Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayıl Səbail, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev Sabunçu, MŞ-nin icraçı katibi Rəhim Hüseynzadə Salyan və Neftçala rayonlarındakı seçki məntəqələrində olaraq səsvermənin gedişini izləyib, jurnalistlərə yaradılmış şəraitlər tanış olublar.

Qeyd edək ki, MŞ-nın 012 441 35 30 nömrəli şəhər, 055 201 99 26 saylı mobil telefon nömrəsi saat 8.00-dan 19.00-dək “qaynar xətt” rejimində fəaliyyət göstərir.

Açar sözlər:

Oxunub: 998