Yaponiya ilə Çin arasında hərbi gərginlik


22:13     26 Sentyabr 2016 yaponiya%20cin.jpg

Yaponiya hökumətinin mətbuat katibi Yoşihide Suqa Cənubi Çin dənizindəki hərbi aktivliklə bağlı xəbərdarlıq edib.


Suqa Çin döyüş təyyarələrinin Miyako boğazından keçməsindən sonra Yaponiyanın azı 1 ədəd döyüş təyyarəsi ilə qarşılıq verdiyini açıqlayıb.

2 döyüş, 4 bombardman və 2 də kəşfiyyat təyyarəsi olmaqla 8 təyyarənin Yaponiyanın hava sərhədlərini pozduğunu iddia edən Suqa Çinin ilk dəfə bu istiqamətdən istifadə etdiyini sözlərinə əlavə edib.

Mətbuat katibi Çinin hərbi təlim reallaşdıracağını da istisna etməyib. Çin tərəfi isə rəsmi olaraq bəyan edib ki, döyüş təyyarələri hərbi təlimlərdə iştirak edən 40 təyyarədən sadəcə səkkizidir.

Femida.az

Açar sözlər:

Oxunub: 1286