Zakir Həsənovdan tapşırıq: hədəflər məhv edildi - FOTOLAR
21:18 26 Sentyabr 2016
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi döyüş hazırlığı planına əsasən Raket və Artilleriya Qoşunlarının hərbi hissə və birləşmələri döyüş atışlı təlimlər keçirib.
Bu barədə Femida.az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Aprel ayında əldə edilmiş döyüş təcrübəsi nəzərə alınmaqla səhra şəraitində keçirilən artilleriya təlimlərində bölmələrin qarşılıqlı əlaqədə fəaliyyəti, atəşin idarə olunması və müxtəlif şəraitli atəş mövqelərindən tapşırıqlar yerinə yetirilib.
Optik və radiotexniki kəşfiyyat vasitələri, pilotsuz uçan aparatlar, eləcə də xüsusi təyinatlıların artilleriya kəşfiyyatı icra edilməklə şərti düşmənin döyüş düzülüşünün bütün dərinliyində örtülü və açıq mövqelərdəki tək və qrup halında, o cümlədən hərəkətdə olan hədəflər məhv edilib.
Təlimə cəlb olunan müxtəlif raket sistemləri və artilleriya qurğuları heyətlərinin döyüş hazırlığı, bacarığı və qarşılıqlı fəaliyyəti Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib.
Femida.az
Oxunub: 18355
Oxşar xəbərlər
- Zakir Həsənov şəxsi heyətlə iş üzrə zabitlərlə görüşüb
- Zakir Fərəcov iki məmuru işdən çıxardı
- Zakir Həsənov müşavirə keçirdi - Nazirdən tapşırıq
- Zakir Həsənov `Rembo`nu Gülhanəyə göndərdi
- Zakir Həsənov əsgər valideynləri ilə görüşdü - FOTOLAR
- Zakir Həsənov rumıniyalı həmkarı ilə görüşdü
- Zakir Həsənov tank bölmələrində olub
- Zakir Həsənov cəbhə xəttinə getdi - FOTOLAR
- Zakir Həsənov Anjey Kaspşik ilə görüşdü
- Zakir Həsənov yeni idarəetmə məntəqəsinin açılışında iştirak edib