“Qadın seçicilər daha aktivdir” - Tadeuş İvinski


22:22     26 Sentyabr 2016 tedus.jpg

“Referendumla bağlı heç bir problem və nöqsanla rastlaşmamışıq”.


Femida.az xəbər verir ki, bu sözləri APA-ya açıqlamasında AŞPA-nın fəxri üzvü, Monitorinq Komitəsinin Azərbaycan üzrə keçmiş həmməruzəçisi Tadeuş İvinski deyib. O, səsverməni müşahidə etmək üçün bir qrup müşahidəçi ilə Azərbaycana gəldiyini bildirib: “Qrupa həm seçkiləri müşahidə etmək üzrə ixtisaslaşmış missiya olan Avropa Akademiyasının, həm də AŞPA-nın üzvləri daxildir. Biz bir neçə seçki məntəqəsini gəzmişik. Heç bir problem və nöqsanla rastlaşmamışıq. Mən burada prezident və parlament seçkilərini də müşahidə etmişəm. Referendumu ilk dəfə müşahidə edirəm. Bir çox fərdi müşahidəçilərlə rastlaşmışam. Məncə, qadın seçicilər daha aktivdir. Müşahidəyə davam edirik. Sayılma prosesi bir qədər çətin olacaq. Çünki 29 suala müxtəlif cavablar veriləcək”.

Femida.az

Açar sözlər:

Oxunub: 1156