Referendumun nəticələri saat neçədə açıqlanacaq?


21:32     26 Sentyabr 2016 referendum11.jpg

Referendumla bağlı keçirilən eksit-polların nəticələrinə dair mətbuat konfranslarının vaxtları açıqlanıb.


Femida.az-ın verdiyi məlumata görə, Fransanın “Opinion Way” Tədqiqatlar İnstitutunun “Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzi ilə birgə və“ELS” Müstəqil Araşdırmalar Mərkəzinin keçirdiyi eksit-poll tədqiqatının nəticələrinin ictimaiyyətə açıqlanması bu gün saat 19:30-da Beynəlxalq Mətbuat Mərkəzinin (BMM) dəyirmi zalında baş tutacaq.

ABŞ-ın “Artur Filkenşteyn və Assosiasiya” şirkətinin “Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqası” ilə birgə keçirdiyi eksit-poll tədqiqatının nəticələri isə saat 20.00-da, BMM-in mətbuat zalında açıqlanacaq.

Avropa Xalq Partiyasının müşahidə missiyasının bəyanatı da saat 20.00-da BMM-in dəyirmi zalında səslənldiriləcək.

Sentyabrın 27-də saat 10:30-da BMM-in mətbuat zalında Beynəlxalq QHT-lərdən ibarət müşahidə qrupunun, saat 11:00-da Avropa İttifaqi Regional Komitə üzvlərindən ibarət müşahidə qrupunun, saat 11:30-da seçki müşahidəsi üzrə Avropa Akademiyasının bəyanatı, saat 12:00-da Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) hesabat konfransı keçiriləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 1618