Ramiz Mehdiyev səs verdi - FOTO


22:59     26 Sentyabr 2016 5c56c5e16.jpg

Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev bu gün keçirilən referendumda səs verib.


Femida.az-ın məlumata görə, R. Mehdiyev 29 saylı Səbail Seçki Dairəsinin 7 saylı seçki məntəqəsinə gələrək səsvermə hüququndan istifadə edib.

Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyeva da həmin seçki məntəqəsində səs verib. Səsvermənin gedişatını yerli və beynəlxalq müşahidəçilər, KİV nümayəndələri izləyiblər.

Qeyd edək ki, məntəqədə 1440 seçici qeydiyyatdadır.

Açar sözlər:

Oxunub: 1410