Tələbələr Türkiyədən səs verdi


23:54     26 Sentyabr 2016 turk%20s.PNG

Azərbaycan Respublikasının Konsitutsiyasında dəyişiklik edilməsi məqsədi ilə ümumxalq səsverməsində - referendumda Türkiyənin İstanbul şəhərində fəaliyyət göstərən INDEX-Azərbaycan İnsan Resursları İnkişafı Mərkəzinin nümayəndələri də səs veriblər.

Femida.az xəbər verir ki, mərkəzin sədri Rəşad Abdullayevin rəhbərliyi ilə həmin təşkilatın nümayəndələri və İstanbul şəhərində təhsil alan tələbələr burada yerləşən Azərbaycan Baş konsulluğunda ümumxalq səsverməsində iştirak ediblər.

Açar sözlər:

Oxunub: 1379