ELS `exit-poll`un nəticələrini açıqladı


00:10     27 Sentyabr 2016 trend_election_011115_26.jpg

ELS Müstəqil Araşdırmalar Mərkəzi Azərbaycan Konstitusiyasına dəyişikliklərlə bağlı keçirilən referendumda səs verən seçicilər arasında apardığı "exit-poll"un nəticələrini açıqlayıb.



Mərkəzin rəhbəri İradə Yaqubova mətbuat konfransında bildirib ki, “exit-poll” 118 seçki dairəsində 400 seçki məntəqəsində keçirilib.

Onun sözlərinə görə, gün ərzində intervüerlər saat 10:00, 13:00, 16:00 və 18:00-da məlumatları Mərkəzin qərargahında telefon operatorlarına ötürüb.

İ.Yaqubova bildirib ki, səhər saat 08:00-dan 18:00-dək səsvrmə prosesində "exit-poll" keçirilib. Nəticəyə görə seçicilərin 65,1 faizi seçkidə iştirak edib. 4,2 faiz isə "exit-poll"da iştirakdan imtina edib.

Qeyd edək ki, ELS-in keçirdiyi tədqiqata bütövlükdə 991 könüllü cəlb olunub. (trend)

Açar sözlər:

Oxunub: 2758