5 ev yaran şəxslər tutuldu


01:58     27 Sentyabr 2016 hebs%20edildi0.jpg

Bakıda evlərdən oğurluq edən 2 nəfər tutulub.



Femida.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Baş Cinayət Axtarışı İdarəsi, Nəsimi RPİ və Mingəçevir ŞPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 7-dən 10-dək olan müddətdə paytaxt ərazisində 5 nəfərə məxsus evlərdən pul, qızıl və məişət əşyaları oğurlamaqda şübhəli bilinən qrupun digər üzvləri - Mingəçevir şəhər sakini Novruz Bədəlov və Şəki şəhər sakini, əvvəllər məhkum olunmuş Elçin Rəhimov tutulub.

Araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 1002