MSK: `Seçici fəallığı 69,7 faiz olub`


00:23     27 Sentyabr 2016 referendoto%20(10)5.jpg

Azərbaycanda Konstitusiyaya dəyişikliklər üzrə ümumxalq səsverməsi (referendum) ilə bağlı ölkə üzrə yekun seçici fəallığı açıqlanıb.


Femida.az-ın məlumatına görə, Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov keçirdiyi mətbuat konfransında bildirib ki, saat 19:00-a qədər 5 milyon 267 min 111 seçicidən 3 milyon 671 min 7 nəfər səs verib.

Beləliklə, referendumda seçici fəallığı 69,7 faiz təşkil edib.

Açar sözlər:

Oxunub: 1646