`Referendum uğurla başa çatdı` - Əli Əhmədov


02:42     27 Sentyabr 2016 aliahmedovreferendim.jpg

“Referendum uğurla başa çatdı. Xalq prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən konstitusiyaya təklif edilən dəyişiklikləri müsbət dəyərləndirib”.



Femida.az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini – icra katibi Əli Əhmədov ümumxalq səsverməsi (referendum) ilə bağlı hakim partiyanın qərargahında keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.

“YAP-ın yerlərdə olan müşahidəçilərinin verdiyi məlumata görə seçkilərdə vətəndaşların yüksək fəallığı müşahidə olunub. Bu da onu deməyə əsas verir ki, vətəndaşlar referenduma məsuliyyətlə yanaşıblar. Test kifayət qədər uğurlu oldu. Səsvermənin təxmini nəticələri bunu büruzə verdi. MSK yaxın vaxtlarda ilkin rəyini açıqlayacaq”.

Açar sözlər:

Oxunub: 1106