Həkimlər xəstənin sağlam böyrəyini səhvən çıxardılar


02:47     27 Sentyabr 2016 DSC_02529.JPG

İtaliyalı həkimlər xəstənin sağ böyrəyi əvəzinə sağlam sol böyrəyini çıxarıblar.


Femida.az -ın “Gazeta.ru”ya istinadən verdiyi məlumata görə, hadisə İtaliyanın şimalında yerləşənVicevano şəhərində baş verib.

Belə ki, həkimlər 78 yaşlı kişiyə böyrək xərçəngi diaqnozu qoyublar. Daha sonra o, əməliyyat olunub.

Əməliyyatdan sonra kişi dəfələrlə həkimlərə müraciət edərək vəziyyətinin yaxşılaşmadığını bildirib.

Xəstəxanada artıq istintaq işləri başlayıb.

Rəhbərlik 78 yaşlı kişinin bütün müalicə kursu üçün lazımi gəlirləri öz üzərinə götürüb.

Açar sözlər:

Oxunub: 4133