ABŞ şirkəti “exit-poll“un nəticələrini açıqladı


03:29     27 Sentyabr 2016 1a2fe987dea20888d843b3404ca647d5.jpg

ABŞ-ın “Artur J. Finkelstein & Associates” şirkətinin Azərbaycandakı referendumda “Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqası” ilə birgə keçirdiyi “exit-poll”un nəticələri açıqlanıb.



a href="http://www.femida.az">Femida.az-ın məlumatına görə, şirkətin vitse-prezidenti Corc Börnbaum deyib ki, ümumilikdə 32400 insan arasında müsahibə aparılıb və bu, çox böyük rəqəmdir: “88,9 faiz seçici dəyişikliklərə müsbət cavab verib. İcra hakimiyyətində struktur dəyişikliklərinə 87,3 faiz tərəfdar olub. Təhlükəsizlik və müdafiənin təminatı ilə bağlı maddələrə 89,7 faiz seçici “hə” cavabını verib. İnsan hüquqları ilə bağlı dəyişikliyi 88,3 faiz seçici dəstəkləyib. Sosial təminatla əlaqədar maddələrə 86,5 faiz seçici “hə” deyib".

Açar sözlər:

Oxunub: 1180