`Qarabağ`ın oyununun hakimləri bəlli oldu


03:34     27 Sentyabr 2016 14748961312938926149_1000x669.jpg

Futbol üzrə Avropa Liqasının qrup mərhələsinin ikinci turunda Ağdamın “Qarabağ” klubu sentyabrın 29-da səfərdə İtaliyanın “Fiorentina” komandasının qonağı olacaq.


Femida.az xəbər verir ki, Bakı vaxtı ilə saat 21:00-da başlayacaq matçın hakim təyinatları məlum olub. Qarşılaşmanı avstriyalı hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Oliver Draxta, yan xətt hakimləri isə Roland Bradner və Stefan Kührdür. Əlavə köməkçi hakimlər isə Manuel Şüttengruber və Dieter Mukenhammerdir. Roland Riedel isə bu matçda dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Hakimlərin işinə kiprli Mixael Arqriu qiymət verəcək, UEFA nümayəndəsi isə ispaniyalı Eduard Dervişay olacaq.

Açar sözlər:

Oxunub: 1471