Diabet xəstələrini kimlər dərmansız qoyub? - ARAŞDIRMA


21:25     13 İyul 2015 Pill-bottle-tipped-over8.jpg

Pulsuz diabet dərmanlarının satışa kim buraxır?

Təəssüf ki, indi şəhərdə yalnız iki obyektdə, banklar və apteklərdə növbədir.


İsti havaların verdiyi baş ağrıları dəf etmək üçün dərman almaq istəyirəm. Lakin alıcıların sayı çox olduğundan bir az gözləməli oldum. Dərman alan vətəndaşlardan biri diabet xəstəsi olan yaşlı qadın idi. Onun aptekçi qızdan "Diabeton MR", "Siafor" və qanda şəkərin miqdarını müəyyən edən test çubuğu istədiyinə qulaq şahidi oldum. Yaxınlarım da diabet xəstəsi olduğundan bu dərmanların pulsuz olaraq verildiyini bilirdim. Qadından dərmanları nə üçün pulla aldığını soruşdum. O, dərman ehtiyatının poliklinikada tükənməsi ilə əlaqələndirdi və bildirdi ki, 3 aya yaxındır ki, öz hesabına dərmanlarını alır.

QANUNDA DƏRMANLAR TAM VƏ PULSUZ VERİLMƏLİ OLDUĞU DEYİLİR.

Elə əhalinin böyük bir qisminin əziyyət çəkdiyi diabetli xəstələr də dövlət hesabına dərmanlarla təmin olunurlar. Yəni dərmanlar bu xəstələrə pulsuz paylanır. Bunu Nazirlər Kabinetinin 13 may 2005-ci ildə qəbul etdiyi 87 saylı - "Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə göstərilən illik tibbi yardımın (o cümlədən zəruri olan müayinələrin) həjmi, inyeksiya vasitələrinin, insulin və digər şəkərsalıcı dərman preparatlarının, özünənəzarət vasitələrinin siyahısı və miqdarı"nın və "Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin insulin və digər şəkərsalıcı dərman preparatları, inyeksiya və özünənəzarət vasitələri ilə təminatı Qaydası"nın təsdiq edilməsi haqqında qərarları təsdiqləyir.

Bundan başqa, "Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında" qanunun tətbiq edilməsi barədə ölkə prezidentinin 2004-cü il 12 fevral tarixli, 32 nömrəli fərmanının 1.5-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabineti 13 may 2005-ci il tarixli məlum qərarında şəkərli diabet xəstəliyinə tutulmuş insanların illik tibbi yardımla təmin olunması məsələsinə də aydınlıq gətirilib. Bu yardımın içərisində şəkərli diabet xəstələrinin həkim konsultasiyaları, eləcə də özünənəzarət kursu, laborator və instrumental müayinələr kursu da nəzərə alınıb.

Bu qərarlara diqqət yetirsək, qanuna əsasən, dövlət hər bir diabetli xəstəni dərmanla tam təmin etməlidir. Qanunda da şəkərli diabet xəstəliyinə tutulmuş şəxslər üçün dərman preparatlarının təyin olunarkən, terapevtik dozanın 30 günlük müalicə kursunu nəzərə almalı olduğu da qeyd olunur. Bu il isə “Şəkərli diabet üzrə Dövlət Proqramı”nda 19 dərman preparatı və tibbi təchizat vasitələrinin əhaliyə pulsuz verilməsi barədə dövlət büdcəsindən vəsait ayrılıb.

Bəs nə üçün dövlət hesabına təmin olunmalı dərmanları diabet xəstələri öz pulu ilə almalıdır?

Tibb elmləri doktoru, professor Adil Qeybulla bildirir ki, dövlət proqramları çərçivəsində xəstələrə pulsuz verilməli olan dərmanların insanlara çatdırılmasında yaranan problem yeni mexanizmanın tədbiq edilməsi ilə bağlıdır:

“Azərbaycanda şəkərli diabet, xroniki böyrək çatışmazlığı, hemofiliya və talassemiya, onkoloji, irsi qan xəstəliyinə düçar olmuş xəstələr pulsuz dərmanlarla təmin olunur. Əslində polinklinkanın nəzdində apteklər var ki, indiyə qədər diabet xəstələri dərmanlarını onlardan alırdılar. Bu dərmanların adları siyahıda olur və ehtiyacı olan xəstələr pulsuz olaraq onlardan yararlanırdı. Dərmanların paylanmasına da ciddi nəzarət var. Yeni mexanizmdə ola bilsin problemlər var. Mexanizm dəyişə bilər, amma dərmanların təşkili məsələsi qalacaq. Hər halda bu dərman alan şəxslərin qeydiyyatı orada da aparılacaq”.



Polinklinkaya diabet dərmanları üçün üz tutan, ancaq əliboş qayıdan xəstələrin problemlərinə də toxunan, Adil Qeybulla bunu xaricdən ölkəmizə dərman gətirən firmalarla əlaqələndirdi:

“Bu dərmanların Azərbaycana gətirilməsinin əksəriyyətini firmalar həyata keçirir. Ona görə də ola bilsin həmin dərmanların çatışmazlığı olsun. Hər halda müvafiq strukturun borcu odur ki, xəstələrə Səhiyyə Nazirliyinin təyin etdiyi dərman siyahısı və onların Azərbaycana gətirilməsi təmin olunsun. Onların müəyyən bir kvotası var. O kvotada da həmin dərmanlar diabet xəstələrinə pulsuz verilir”.

Həkim-endokrinoloq Arzu Əyyubovanın sözlərinə görə, şəkərli diabet xəstəliyi olan şəxslər öncə qeydiyyatdan keçməlidirlər:

“Diabet əleyhinə dərmanlar apteklərdə satılmır, onları Səhiyyə Nazirliyində qeydiyyatdan keçən hər xəstə pulsuz əldə edə bilər. şəkərli diabet xəstəliyi olan şəxslər əvvəlcə Nazirlik tərəfindən qeydiyyata alınır. Ondan sonra xəstələrə dərmanlar pulsuz verilir. Elə xəstələr var ki, bu və ya başqa səbəblərdən qeydiyyata düşmür, o zaman onlar dərmanlarını apteklərdən öz pulları hesabına alırlar. Tövsiyyə edərdim ki, bu cür xəstəliyi olan şəxslər qeydiyyatdan keçib vaxtında ”

Şahverdi Şirinli
Femida.az

Açar sözlər:

Oxunub: 6544


Oxşar xəbərlər