40 günlük körpənin anası niyə öldürüldü? - Qətlin təfərrüatı


14:22     11 Oktyabr 2016 cinayet%20intihar%20qadin23.jpg

Ötən gün Masazır qəsəbəsində baş vermiş dəhşətli qətlin təfərrüatları məlum olub.


Yaxınlarının Femida.az-a verdiyi məlumata görə, əri tərəfindən döyülərək öldürülən Lalə Muxtarova ikinci dəfə ailə qurub. Birinci ailəsi dağılan qadın əmisi oğluna ərə gedib. Bu nikahdan iki aylıq körpələri var. Lakin Lalə Muxtarova ikinci əri ilə də yola getməyib və boşanmaq qərarına gəlib. Gənc qadın artıq məhkəməyə də müraciət edib. Sadiq Muxtarov ötən axşam əmisigilə gedib və həyat yoldaşını boşanmaq niyyətindən daşındırmağa çalışıb. Lakin tərəflər arasında mübahisə qanlı sonluqla bitib. Sadiq həyat yoldaşı Lalənin nənəsinə isə ağır bədən xəsarətləri yetirib, daha sonra bıçaqla özünü bıçaqlayıb. Yaralı Akademik Mirqasımov adına Respublika Kliniki Xəstəxanasına yerləşdirilib. 26 yaşlı kişiyə tibbi yardım göstərilib, daha sonra Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Abşeron rayon Prokurorluğunda araşdırma aparılır.

***

Abşeronda qətl hadisəsi olub.

Femida.az xəbər veri ki, hadisə Masazır qəsəbəsində baş verib.

Belə ki, Muxtarova Lalə Arif qızı həyat yoldaşı tərəfindən dəmir parçası ilə döyülərək öldürülüb. Lalənin nənəsinə isə ağır bədən xəsarətləri yetirib.

Ağdam rayonundan məcburi köçkün olan Lalə Muxtarova özündən yaşca böyük olan əmisi oğluna ərə gedib. Bu nikahdan 40 günlük körpələri var. Qətlə yetirilən Lalə Muxtarova Ağdam rayonundan olan məcburu köçkün ailəsindəndir.

Qeyd edək ki, Abşeron Rayon Polis İdarəsi faktı təsdiqləyib. Fakt üzrə araşdırma aparılır.

Şahverdi Şirinli
Femida.az

Açar sözlər:

Oxunub: 10008