Qazaxıstandan 1 milyon ton taxıl alacağıq


21:01     25 Oktyabr 2016 Grain_2711125.jpg

Azərbaycan Qərbi Qazaxıstan vilayətindən təxminən 1 milyon ton taxıl alacaq.


Femida.az Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, bunu Azərbaycanın Qazaxıstandakı səfiri Raşad Məmmədov bildirib.

Qərbi-Qazaxıstan vilayətinin Sahibkarlar Palatasında baş tutan görüşdə Rəşad Məmmədov deyib ki, son bir ildə Azərbaycan və Qərbi-Qazaxıstan vilayəti arasında ticarət dövriyyəsi 25% artıb.

“Biz hər il Qazaxıstandan taxıl alırıq. 2016-cı ildə biz sizin vilayətdən bir milyon ton taxıl almaq niyyətindəyik. Bundan əlavə, biz Qazaxıstana da öz məhsullarımızı ixrac etməyi planlaşdırıq”, - deyə Məmmədov bildirib.

Femida.az

Açar sözlər:

Oxunub: 847