9 marşrutun istiqaməti dəyişdi
00:09 26 Oktyabr 2016
Bakıda bir neçə avtobusun hərəkət istiqaməti müvəqqəti dəyişdirilib.
Bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Nuridə Allahyarova deyib.
O bildirib ki, məlum olduğu kimi, ötən həftə Bakı şəhərinə yağan intensiv yağışlar nəticəsində Binəqədi rayonu Binəqədi şosesinin bir hissəsi yağış sularının altında qalıb. Mövcud vəziyyətin artıq bir neçə gündür davam etməsi yolda avtonəqliyyat vasitələrinin, o cümlədən sərnişin avtobuslarının hərəkəti üçün ciddi təhlükə yaradıb. Hazırda yolda hərəkət tamamilə dayandırılıb.
N.Allahyarovanın sözlərinə görə, bu səbəbdən də həmin şosedən keçən 9 marşrut xətti üzrə (100, 108, 123, 133, 134, 147, 155, 165, 179) avtobusların hərəkətində də müvəqqəti dəyişikliklər edilib. Məqsəd, sərnişinlərin təhlükəsizliyini təmin etməkdir. Hazırda Bakı Nəqliyyat Agentliyi daşıyıcı şirkətlərlə birgə sərnişin avtobuslarının alternativ yollarla hərəkətinin təmin edilməsi istiqamətində iş aparır.
Femida.az
Oxunub: 867
Oxşar xəbərlər
- 950 min hektar sahədə taxıl əkiləcək
- 9 nəfərə qaraciyər, 81 nəfərə böyrək köçürüldü
- 9-cu sinif şagirdi dəm qazından zəhərlənib
- 90 nəfərə Bakı məktəblərində iş verildi
- 9 ayda əhali banklara 1,5 milyard xeyir verib
- 9 ayda 12 körpü tikilib
- 9 il əvvəl oğurluq etdi, indi tutuldu
- 9 nəfər liftdə qaldı - FHN köməyə gəldi
- 933 nəfər müəllim olmaq hüququ qazanıb
- 9 milyon il əvvələ aid heyvan qalıqları tapıldı