İranda həbsdə olan Qədirov ölkəmizdə bəraət aldı


00:57     26 Oktyabr 2016 qedirov.jpg

2012-ci il oktyabrın 20-də Naxçıvan Muxtar Respublikasına gedərkən İran sərhədində saxlanılaraq həbs edilən “Aztelekom” MMC-nin keçmiş əməkdaşı Kamal Qədirov 12 mart 2016-cı il tarixində ölkəmizə ekstradisiya edilib.


APA xəbər verir ki, bunu rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini Əli Abdullayev qurumda keçirilən kollegiya iclasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, K.Qədirov məhkəmənin qərarı ilə bəraət alıb: “Bununla da, nazir Ramin Quluzadənin tapşırığına əsasən, Kamal Qədirov Bakı Telefon Rabitəsi İstehsalat Birliyində ixtisasına uyğun işlə təmin edilib”.

Femida.az

Açar sözlər:

Oxunub: 1330