Kərkükdə 75 İŞİD üzvü öldürüldü


03:56     26 Oktyabr 2016 kerkuk.jpg

Kürdüstan Demokrat Partiyası (KDP) Kərkük asayiş rəisi Helo Necat verdiyi açıqlamada Kərkük və onun ətrafında cümə günü başlayan əməliyyatların davam etdiyini və bu çərçivədə indiyə qədər 75 İŞİD üzvünün öldürüldüyünü, 30 nəfərin də terrorçu olma şübhəsi ilə saxlanıldığını söyləyib.


Kərkük rayon və qəsəbələr üzrə polis rəisi Serhad Qadir Dakuk rayonunda başladıqları təmizləmə əməliyyatında İraqın devrilmiş lideri Səddam Hüseynin dayısı oğlu Nizar Hamud Əbdülqanini bir su çəninin içində tutduqlarını deyib.

Polis rəisi Nizar Hamudun qardaşının da Həvicə rayonuna bağlı Rəşad məntəqəsində İŞİD-in olduğu məlumatını verib. Havicə rayonu və Riyaz nahiyəsində aparılan əməliyyatlarda keçmiş İraq liderinin nüfuzlu İŞİD lideri olduğu bildirilən əmioğluları Hişam, Muəyyəd və Musənna Hamudun da axtarıldığı qeyd edilib. Qadir Kərkük daxilində əməliyyatların davam etdiyini bildirib.

Femida.az

Açar sözlər:

Oxunub: 975