Ərdoğan `Erməni Soyqırımı` konsertinə dəvət edildi


03:09     26 Oktyabr 2016 1451681005_erdogan.jpg

Drezden Simfonik Orkestrinin "Erməni Soyqırımı"nın 100-cü ildönümü üçün hazırladığı "Aghet" (Ağı) adlı konsertə Türkiyə Prezidenti Ərdoğan da dəvət edilib.

Ərdoğanla yanaşı Baş nazir Binəli Yıldırım, xarici işlər naziri Mövlud Çavuşoğlu, mədəniyyət və turizm naziri Nəbi Ovçunun da dəvətlilər arasında olduğu qeyd olunub. Xəbərə görə, göndərilən dəvətnamələrdə tədbirdə "Türk və erməni tarixlərindəki yaralar" sözlərinin əks olunduğu qeyd edilib.

Drezden Simfonik Orkestri tərəfindən hazırlanan "Aghet" konserti İstanbul baş konsulluğunda 13 noyabrda keçiriləcək. Tədbirdə, həmçinin Türk-Ermeni-Alman Dostluq Cəmiyyətinin yaradılması planlaşdırılır.

Femida.az

Açar sözlər:

Oxunub: 3420