OPEK Azərbaycanı Vyanaya dəvət edib


03:17     26 Oktyabr 2016 opec.jpg

OPEK təşkilata üzv olmayan 12 ölkəyə oktyabrın 29-da Vyanada keçiriləcək görüşdə iştirak etmək üçün dəvət göndərib.


Bu barədə çərşənbə axşamı Venesuelanın neft naziri Euloxio del Pino məlumat verib.

"Biz Rusiya, Azərbaycan, Qazaxıstan, Oman, Misir, Bəhreyn, Kolumbiya, Meksika, Trinidad və Tobaqo, Boliviya, Norveç və Kanadanı dəvət etmişik", — deyə nazir jurnalistlərə bildirib.

Euloxio del Pino hələ ki, təkcə Rusiya və Qazaxıstanın dəvətə müsbət cavab verdiyini əlavə edib.

Del Pino, həmçinin qeyd edib ki, oktyabrın 28-də OPEK ölkələri nümayəndələrinin görüşü keçiriləck, 29-da isə digər dövlətlərin təmsilçiləri onlara qoşulacaqlar.

Femida.az

Açar sözlər:

Oxunub: 935