Misir 20 diplomatını geri çağırdı


03:29     26 Oktyabr 2016 misir1.jpg

Misir Xarici İşlər Nazirliyi hökumətin qənaət tədbirləri nəticəsində xarici ölkələrdə olan 4 diplomatik korpusunun fəaliyyətinə xitam verib.


Misir Xarici İşlər Nazirliyinin mətbuat katibi Əhməd Əbu Zeyd bu barədə ictimaiyyətə yazılı açıqlama verib. Əhməd Əbu Zeyd açıqlamasında bildirib ki, Orta Afrika Respublikasında, Laosda, Zanzibarda və Cenevrədəki baş konsulluqlar qapadılıb.

Nazirlik rəsmisi həmçinin diqqətə çatdırıb ki, konsulluqdakı 20 attaşe, 20 diplomat və 40 konsulluq işçisi də geri çağırılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 968