Tunisdə fövqəladə vəziyyət uzadıldı - Doqquzuncu dəfə


03:41     26 Oktyabr 2016 tunis.jpg

Tunisdə 24 noyabr 2015-ci il tarixində elan edilən fövqəladə vəziyyət doqquzuncu dəfə daha 3 ay müddətinə uzadılıb.


Prezident əl-Baci Qaid əs-Səbsinin Baş nazir Yusif Şahid və Parlament Sədri Məhəmməd Nasirlə görüşdüyünün vurğulandığı Prezident Administrasiyası açıqlamasında fövqəladə vəziyyətin daha 3 ay uzadılması qərarının Prezident, Baş nazir və Parlament Sədrinin məsləhətilə qəbul edildiyi bildirildi.

Paytaxt Tunisdə Muhəmməd Xamis küçəsində yerləşən prezident qvardiya alayına 24 noyabr 2015-ci ildə təşkil olunan hücumdan sonra ölkədə 1 aylıq fövqəladə vəziyyət elan edilmişdi.

1 ay müddətinə elan edilən fövqəladə vəziyyət 8 dəfə uzadılmışdı. Prezident əl-Baci Qaid əs-Səbsi prezident qvardiya alayına edilən bombalı hücumdan sonra verdiyi açıqlamada "Əgər ötən həftə Susada meydana gələn hadisələr təkrarlanarsa, dövlət çökər", - sözlərini istifadə edərək, fövqəladə vəziyyətin uzun çəkəcəyinə işarə vermişdi.

Qeyd edək ki, Tunis 14 yanvar inqilabından sonra zaman-zaman təhlükəsizlik çətinlikləri ilə gündəmə gəlir.

Femida.az

Açar sözlər:

Oxunub: 983