Keçmiş `zek` narkotiklə tutuldu


02:39     26 Oktyabr 2016 marixuana_0005.jpg

Astara rayonunda narkotik vasitələrin qanunsuz satışı ilə məşğul olan şəxs tutulub.


Bu barədə məlumatı Astara Rayon Polis Şöbəsinin (RPŞ) müstəntiqi, polis leytenantı Elvin Əzimzadə verib.

Onun sözlərinə görə, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhərində pasport qeydiyyatında olan və hazırda Astara rayonunun Bəndəsər kəndində yaşayan, əvvəllər iki dəfə məhkum olunmuş 1971-ci il təvəllüdlü Rauf Sabir oğlu Qurbanov 14 kibrit qutusunda ümumi çəkisi 41, 25 qram qurudulmuş marixuananı şərti alıcıya satmaq istəyərkən yaxalanıb.

Daha sonra onun yaşadığı fərdi evə baxış keçirilərkən zirzəmidən qara rəngli torbada külli miqdarda - ümumi çəkisi 3 kiloqram 560,0 qram olan qurudulmuş marixuana aşkarlanaraq maddi sübut kimi götürülüb.

İstintaqa cəlb olunmuş Rauf Qurbanovun barəsində Astara Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qəti-imkan tədbiri seçilib.

Faktla bağlı Astara RPŞ-də Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.(APA)

Femida.az

Açar sözlər:

Oxunub: 1093