Lavrov həmkarı ilə Hələbi müzakirə edib


02:54     26 Oktyabr 2016 lavrov%20staynmer.jpg

Rusiya Xarici işlər naziri Sergey Lavrovla alman həmkarı, ATƏT-in fəaliyyətdə olan sədri Frank Valter Ştaynmayer arasında telefon danışığı olub.


Almaniya tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığında Suriya münaqişəsi, eləcə də Hələbə humanitar yardımların vaxtında çatdırılması məsələsi müzakirə olunub. Bu barədə Rusiya XİN-nin rəsmi saytında məlumat yerləşdirilib.

Femida.az

Açar sözlər:

Oxunub: 745